Obama MKİ-də işgəncələr haqqında məlumatı şərh etməkdən imtina edib

ABŞ prezidenti Barak Obama biznes nümayəndələri ilə görüşdə Mərkəzi Kəşfiyyat İdarəsində işgəncələr haqqında əvvəllər dərc olunmuş məruzəni şərh etməkdən imtina edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Senatın kəşfiyyat üzrə komitəsi çərşənbə axşamı 6 min səhifədən ibarət olan məruzədən 500-dən artıq səhifəni açıqlayıb. Prezident Corc Buş zamanında Mərkəzi Kəşfiyyat İdarəsində bir sıra sui-istifadə haqqında, o cümlədən işgəncələr, hakimiyyət və cəmiyyətin dezinformasiyası də daxil olmaqla, həmçinin terrorizmdə şübhəli bilinən ən azı 26 nəfərin qanunsuz saxlanılması barədə bildirilir.

Cümə axşamı Barak Obama Amerika biznesinin liderləri iştirak edən ABŞ-ın İxracat üzrə şurasının iclasında çıxış edib.

Çərşənbə axşamı, Senatda məruzəsi təqdim olunan zamanı, Obama əvvəlcədən yazılmış videomüraciətdə bildirib ki, “xüsusi xidmət orqanlarının bəzi metodları amerikalıların mənəvi dəyərlərinə ziddir”. Bu zaman Ağ evin və dövlət departamentinin mətbuat xidmətləri çərşənbə axşamı gündəlik brifinqləri təxirə salıblar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO