Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynanın sabiq prezidenti ilə danışıqlar aparıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərcivəsində Ukraynanın paytaxtı Kiyevdə bir sıra görüşlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xüsusi olaraq Ukraynanın sabiq prezidenti Leonid Kuçma ilə tədbirin əhəmiyyəti və Forumda müzakirə olunacaq mövzular və onların region üçün aktuallığı ilə bağlı fikri mübadiləsi aparılıb.

Qeyd edək ki, Forumun işində Latviya, Litva, Estoniya, Finlandiya, İsveç, İspaniya, Almaniya, Ukrayna, Polşa, Moldova, Albaniya, Rumınya, Bolqarıstan, Andorra, Türkiyə, Yunanıstan, Serbiya, Qırğızıstan, İordaniya, İsrail, Misir, Livya, Portuqaliya, Hindistan, Pakistan, İtaliya kimi ölkələrin sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib ki, Azərbaycan hökumətinin dəstəyi ilə reallaşdırılan bu təşəbbüsün müxtəlif dinlər, mədəniyyətlərə məxsus olan xalqların konstruktiv dialoq altında toplanmasına böyük dəstək ola bilər. Bundan əlavə, müxtəlif ölkələri təmsil edən liderlərin bir arada toplanması hamımızı narahat edən problemlərin müzakirə olunması üçün çox önəmli qlobal bir platforma rolunu oynaya bilər. Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının ilk dəfə olaraq bir layihə çərcivəsində bir arada olması da buna bariz sübutdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO