NATO-nun xüsusi qrupu Azərbaycan hərbçilərinə psixoloji əməliyyatlar üzrə təlim keçir

NATO-nun xüsusi qrupu Azərbaycan hərbçilərinə psixoloji əməliyyatlar üzrə təlim keçirBakıda “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (FTƏP) əsasən, cari ilin 14-17 sentyabr tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

Kurs müddətində NATO-nun Mobil Təlim Qrupu tərəfindən iştirakçılara “NATO-da hərbi tərəfdaşlıq”, “NATO-nun hərbi siyasəti”, “Strateji kommunikasiya”, “İctimai əlaqələr”, “İnformasiya əməliyyatları doktrinası”, “Psixoloji əməliyyatlar”, “İnformasiyanın təhlili” və s. mövzular barədə məlumatlar verilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO