Mübariz Əhmədoğlu: AŞPA-dakı müzakirələr Dağlıq Qarabağ tənzimlənməsində geosiyasi konfiqurasiyanı müəyyən etmək üçün yaxşı mənbədir

Mübariz Əhmədoğlu: AŞPA-dakı müzakirələr Dağlıq Qarabağ tənzimlənməsində geosiyasi konfiqurasiyanı müəyyən etmək üçün yaxşı mənbədirMübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

AŞPA-dakı müzakirələr Dağlıq Qarabağ tənzimlənməsində geosiyasi konfiqurasiyanı müəyyən etmək üçün yaxşı mənbədir. AŞPA-da Dağlıq Qarabağ münaqişəsi barədə iki qətnamənin müzakirəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində geosiyasi konfiqurasiyanı müəyyən etmək üçün yaxşı mənbədir.

Qısa zamanda Azərbaycan ikinci dəfədir ki, AŞPA-da belə vəziyyət yarada bilib. AŞPA-nın indiki sədri P.Aqramunt Azərbaycan üzrə monitorinqin üzvü olarkən Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyətinə dair məruzə hazırlamışdı. Məruzədə Azərbaycanda demokratiya və insan hüquqları sahəsində pozuntuların əsas mənbəyi kimi Azərbaycan torpaqlarının işğal edilməsi göstərilmişdi. O zaman ermənilər bu termini yumşaltdılar – Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması ilə əlaqələndirirdilər.

2015-ci ilin sonunda AŞPA-nın komitələri iki məruzə qəbul edib, plenar iclasa təqdim etmişdi. AŞPA-da vəziyyətin belə dəyişməsi erməniləri ciddi narahat etdi.

Yeni sədr P.Aqramunt ilk mətbuat konfransında Krımı Ukraynanın, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanı bölgəni Moldovanın, Dağlıq Qarabağı Azərbaycanın münaqişəsi kimi təqdim etdi. Bu fonda Dağlıq Qarabağ tənzimlənməsi üçün AŞPA-da əlverişli mühitin yarandığını ehtimal etmək olar. Ermənistanın AŞPA komitələrində qəbul edilmiş iki qətnaməyə qarşı apardığı mübarizə ermənilərin istədiyi nəticəni vermədi. Britaniyalı keçmiş deputat Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsi məruzəçinin Dağlıq Qarabağa səfər etməməsi səbəbi ilə rədd edildi. Bu saxtakarlıqdır və eyni ilə o mövzulu qətnamənin üzə çıxmasına şərait yaradacaqdır. Çünki R.Uolterin Dağlıq Qarabağa səfər etməklə bağlı müraciətləri və müraciətlərə ermənilərin verdiyi cavab mətbuatda yayımlanıb. R.Uolterin yenidən AŞPA-ya seçilməməsi fürsətbaz ermənilər və onların havadarlarına imkan yaratdı. Cüzi aktivliklə bu məsələ ermənilərin əleyhinə çevriləcəkdir.

“Ermənilərin sərhədyanı ərazilərdə əhalini qəsdən sudan məhrum etməsi” ilə bağlı məruzə isə qəbul edildi.

İndiki vəziyyətdə mühüm nəticələr çıxarmaq mümkündür:

I. Ermənilərin külli miqdarda resursları kiçik nəticə yaratdı. Ermənistanın bütün dövlət resursları və dünya erməniliyi AŞPA-da o iki qətnamənin qəbul edilməsinin əleyhinə yönəlmişdi. AŞPA-dakı iqtidarlı-müxalifətli erməni deputatları avropalı həmkarları və tanışları ilə təmasları xeyli artırdılar.

Bunun üçün onlara əlavə imkan yaradılmışdı. Ermənistan prezident administrasiyasının rəhbəri Vigen Sərkisyanın rəhbərliyi ilə daimi fəaliyyət göstərən işçi qrupun bu dövrdə əsas məşğuliyyət sahəsi məhz AŞPA qətnamələri idi. Xarici işlər naziri də daxil olmaqla bütün nazirlər, o cümlədən baş nazir bu işçi qrupun üzvləridir. Avropadakı erməni təşkilatları və ABŞ-dakı konqresmenlər işə qoşulmuşdu. Bunun müqabilində ermənilər yalnız bir qətnamənin qəbulunu dayandıra bildilər. Bu dayandırılma da asan rədd olan səbəblərlə edildi.

II. Avropa siyasi mühiti Ermənistanı rədd etdi. İndiki yaranmış vəziyyətdə Avropanın siyasi mühiti Ermənistanı deyil, balans mövqeyini seçdi. İki qətnamədən biri qəbul, digəri isə rədd edildi.

III. Ermənilərin qələbə eyforiyası qısa müddət davam etdi. İndi ümumi rəy heç-heçədir. Bəzi siyasilər hətta Ermənistanın məğlub olduğunu bildirirlər. Onların fikrincə, “işğal olunmuş ərazilər” və “ işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılması” terminləri Sərsəng su anbarı ilə bağlı AŞPA-nın qəbul etdiyi qətnamədə də öz əksini tapıb.

IV. Ermənilər üç Baltikyanı dövlətin, Yunanıstanın, Çexiyanın və Kiprin mövqeyindən razıdırlar. Gürcüstanın və Ukraynanın mövqeyindən isə narazıdırlar.

V. “ATƏT MQ Dağlıq Qarabağla bağlı məsələlərdə çox üstün səviyyədə oldu”. Bütün ermənilər bu fikirdədir.

ATƏT-in Yerevan ofisi R.Uolterin “Azərbaycanın Dağlıq Qarabağ regionunda və digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin qəbul edilməməsini qələbə adlandırdı.

VI. Sərsəng su anbarına aid məruzəni öz xeyirlərinə çevirmək istəyirlər. Onların fikrincə, bu qətnaməyə əsasən Dağlıq Qarabağ Azərbaycanla bərabər tərəf kimi danışıqlara başlaya bilər.

Ermənistan baş verənləri başa düşmək gücündə deyil.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO