Mövlud Çavuşoğlu: İraq və Suriyadakı vəziyyət region üçün təhlükəlidir

İraq və Suriyadakı vəziyyət region üçün təhlükəlidir. Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu genişləndirmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle ilə görüşündə deyib. Bu barədə Trend “TRT Haber”ə istinadən xəbər verir.

Nazir onu da qeyd edib ki, İraqdakı son vəziyyət ölkə rəhbərliyinin apardığı siyasətin acı nəticəsidir: “İraq rəhbərliyi ölkədəki bütün siyasi və dini cərəyanların maraqlarına deyil, sadəcə öz maraqlarına xidmət edən siyasət yürüdüb”.

İyunun 10-da “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının silahlıları İraqın Mosul şəhərini, bir neçə yaşayış məntəqəsini zəbt edib. İyunun 16-da isə İŞİD terrorçuları İraqın Telafer şəhərində nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terroçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO