Moskvada sabiq nazirdən külli miqdarda pul oğurlanıb

Naməlum şəxslər Rusiyanın sabiq müdafiə sənayesi naziri Zinovi Paka məxsus maşından pul və sənədlərin olduğu çantanı oğurlayıblar. Trend xəbər verir ki, bu barədə İnterfaks-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Cinayətkarlar Z.Pakın özünün “Porşe Kayen” avtomobilini açıq qoymasından istifadə ediblər. Sabiq nazirə 255 min rubla yaxın ziyan dəyib. Oğurluq dekabrın 24-də törədilib.

Rusiya DİN Moskva üzrə Baş İdarəsindən agentliyə bildiriblər iki, çərşənbə günü polisə oğurluqla bağlı məlumat daxil olub. Həmin şəxsin evinin yaxınlığında saxladığı avtomobildən içərisində sənədlər, şəxsi əşyalar və kredit kartları olan çanta oğurlanıb.

İdarədən “Oğurluq” maddəsi üzrə cinayət işini açıldığı bildirilib.

Qeyd edək ki, Z.Pak 1996-cı ildən Rusiyanın Müdafiə Sənayesi Dövlət Komitəsinə rəhbərlik edib. Komitənin Müdafiə Sənayesi Nazirliyinə çevrilməsindən sonra ölkənin müdafiə sənayesi naziri postunu tutub. 1999-2003-cü illərdə Z.Pak Rusiyanın Döyüş Sursatı Agentliyinin baş direktoru olub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO