Münaqişənin həlli ilə bağlı proses fəallaşıb və tezliklə nəticələr gözləmək olar

Bu barədə jurnalistlərə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. ABŞ-dan olan həmsədr Robert Bradtkeninin sözlərinə görə, Minsk qrupunun məqsədi münaqişənin sülh yolu ilə həllidir və buna görə həmsədrlər münaqişə tərəflərinin nümayəndələrinin tez-tez görüşüməsini zəruri hesab edirlər.

Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, həmsədrlər Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsinin sülh yolu ilə həllində maraqlıdırlar, danışıqların fəallaşdırılmasını vacib sayırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO