Minsk Qrupunun həmsədrləri gələn həftə ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) gələn həftə İsveçrənin paytaxtı Bern şəhərində ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter ilə görüşəcəklər. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi müzakirə olunacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə gəldikdə isə diplomatik mənbə görüşün bu ayın sonunda baş tutacağına ümidvar olduğunu bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO