Mikayıl Cabbarov: İnkluziv təhsil 2015-ci ildəki qlobal müzakirələrin bir hissəsidir

Qlobal səviyyədə həm inkluziv təhsil, həm də inkluziv cəmiyyət konsepsiyası və həmin bu konsepsiyada təhsilin rolu konfrans iştirakçıları, natiqlər tərəfindən söylənilən fikirlərdə öz əksini tapdı. Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında II Qlobal Müştərək Cəmiyyələt Forumunda iştirakı zamanı Azərbayan Respublikasının təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, vətəndaşlarımızın təfəkkürünün formalaşması inkluziv təhsilin bir sahəsi olaraq, xüsusilə vahid cəmiyyət və hər kəsi əhatə edən sosial xidmətlər və s. mövzular cəmiyyətin 2015-ci ildəki qlobal müzakirələrinin bir hissəsidir:

“Həmçinin Forumda 2015-ci ildən sonra dayanıqlı inkişafa bu konsepsiyaların təsiri barəsində də danışıldı. Ölkəmizdə bu istiqamətdə cənab Prezident İlham Əliyev tərəfindən ötən ilin oktyabr ayında Azərbaycanda təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədi qəbul olunub. Həmin strategiyada spesifik inkluziv təhsil sahəsinin ölkəmizdə daha da genişlənməsi üçün və cəmiyyətin bütün təbəqələrinin əhatə edilməsi üçün bir sıra məsələlər qoyulub. Daha geniş götürsək isə təhsilin əsas funksiyalarından biri olan vahid vətəndaşlıq təfəkkürü və köklərimiz, milli-mənəvi dəyərlərimiz müstəqil Azərbaycan dövlətinin qarşısında qoyulan əsas məqsədlərdən birdir. Bütün bunların proqramlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO