Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri ilə görüşüb

Mayın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında qadın hüquqları, ailə məsələləri, gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Azərbaycan və Fransa arasında mümkün əməkdaşlıq layihələri müzakirə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO