MDB hökumət və dövlət başçılarının görüşləri Minskdə keçiriləcək

MDB Hökumət Başçıları və Dövlət Başçıları şuralarının iclasları müvafiq olaraq mayda və oktyabrda Minskdə keçiriləcək. Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə MDB-nin icraçı katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, Belarusun MDB-də sədrliyi dövründə bu ölkədə bir çox müxtəlif forum və konfranslar keçiriləcək: “Onlardan birincisi mayın 30-da Minskdə keçiriləcək MDB hökumət başçılarının görüşüdür. Görüşdə Ukrayna nümayəndələrinin iştirak edəcəyinə də ümid edirik”.

S.Lebedev qeyd edib ki, Hökumət Başçıları Şurasının iclasının gündəliyində dayanan 20 vacib məsələ innovativ əməkdaşlığın qorunması və möhkəmləndirilməsi, təhsil və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, informasiya sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini əhatə edir.

MDB Dövlət Başçıları Şurasının iclasının oktyabrın ortalarında Minskdə keçirilməsi planlaşdırlır. Bir gün öncə isə ənənəvi olaraq MDB XİN rəhbərləri görüş keçirəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO