Müdafiə Nazirliyinin 6 hauptvaxtı standartlara cavab vermədiyinə görə bağlanıb


Ombudsmanın müraciətlərinə əsasən Müdafiə Nazirliyinin istifadəsi qadağan edilən hauptvaxtlarının sayı 6-ya çatıb. Bu barədə Trend-ə açıqlamasında insan hüquqları üzrə müvəkkilin (ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov bildirib.
Onun sözlərinə görə, Milli Preventiv Mexanizm çərçivəsində Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən ötən il aparılan monitorinqlərdən sonra Müdafiə Nazirliyinin 2 hauptvaxtı standartlara cavab vermədiyinə görə bağlanıb. Bağlanmış son iki haupvaxt Gəncə və Bərdə şəhərlərindədir.
“Monitorinqlərə ekspert qismində müvəkkilin hərbi məsələlər üzrə müşaviri də cəlb edilib. Biz bu sahədə fəaliyyətimizi daim davam etdiririk. Monitorinqin nəticələrinə dair Müdafiə Nazirliyinə müraciət edirik. Onlar da tövsiyələrimizi nəzərə alırlar”, – Məhərrəmov qeyd edib.
Milli Preventiv Qrupun rəhbəri bildirib ki, hazırda həmin hauptvaxtlarda təmir işləri gedir. Bundan əlavə, Bakı şəhərində müasir standartlara uyğun 1 yeni hauptvaxt açılıb. Hazırda nazirliyin ümumilikdə 11 hauptvaxtından yalnız 5-i fəaliyyət göstərir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO