Mayın əvvəlində Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə görüş keçiriləcək

Mayın əvvəlində Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvilinin iştirakı ilə görüş keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Gürcüstan XİN rəhbərinin birinci müavini David Zalkaniani bəyan edib.

Onun sözlərinə görə, sammitdə Gürcüstan ali hakimiyyəti təmsil olunacaq və onun çərçivəsində prezidentlərlə, baş nazirlərlə və icra hakimiyyəti nümayəndələri ilə görüşlər keçiriləcək:

“Sammit çərçivəsində təbii ki, bu ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Hər iki ölkə bizim üçün vacibdir. Bizdə maraqlı enerji və infrastruktur layihələr var və həmin mövzular görüşdə əsas mövzulardan biri olacaq”.

Görüş üçtərəfli formatda keçiriləcək. Bu formatda artıq XİN rəhbərlərinin iki görüşü və üç ölkənin liderlərinin bir görüşü keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO