Masallının “Halay ” ansamblı Macarıstanda çıxış edəcək

İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. 10-dan çox ölkənin qatıldığı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizi bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur “Halay” rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.

Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca “Azərbaycan musiqisi gecəsinin” təşkili nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO