Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsi barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib

“Şaiq”, “Stil-Tikinti” və “Universal Servis” MTK-ların vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, aparılmış istintaqla adıçəkilən MTK-larda müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxsin həmin kooperativlərin Xətai rayonu ərazisində inşa etdiyi yaşayış binalarının sakinlərindən mənzillərində peyk antenaları quraşdırılacağı adı altında yalandan vəd verib ümumilikdə 19 min 178 manat məbləğində vəsaiti alıb ələ keçirməsində, habelə həmin MTK-lar tərəfindən inşa edilən yaşayış binalarından 36 mənzili ayrı-ayrı şəxslərə satmaqla əldə etdiyi ümumilikdə 1 milyon 566 min 511 manat məbləğində özgənin külli miqdarda əmlakını mənimsəməsində və digər qanunsuzluqlara yol verib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 179.3.2-ci (mənimsəmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə 1 milyon 360 min 689 manat məbləğində ziyanın ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO