“Los Angeles Times ” qəzeti: “Azərbaycan əraziləri qanunsuz şəkildə işğal olunub “

ABŞ-ın “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” həftəliyində 2014-cü il noyabrın 17-də Azərbaycana həsr olunmuş məqalə dərc olunub. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Qeyd edilməlidir ki, ABŞ-ın ən böyük ispandilli mətbu orqanlarından hesab edilən “Hoy Los Angeles” hər həftə 1 milyondan çox tirajla Los Ancelesdə yayılır.

Los Ancelesin ən tanınmış jurnalistlərindən olan Reynaldo Mena tərəfindən qələmə alınmış məqalədə müəllif bu ilin oktyabr ayında Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak münasibətilə Azərbaycana etdiyi ilk səfərindən bəhs edir.

Humanitar Forumda bir sıra önəmli məsələlərin, o cümlədən rəqəmsal mətbuatın yaratdığı çağırışların müzakirə olunduğunu bildirən müəllif bu məsələ ətrafında aparılan müzakirələrin olduqca məhsuldar keçdiyini qeyd edir. R.Mena bildirir ki, bu gün rəqəmsal jurnalistika primitiv meyillərdən uzaq durmalı, robotlardan deyil, daha ayıq və ağıllı insanlardan ibarət cəmiyyətlərin qurulmasına öz töhfəsini verməlidirlər. Müəllif belə vacib məsələlərin müzakirəsinə önəm verdiyinə görə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin göstərdiyi səylərin yüksək qiymətə malik olduğunu bildirir.

R.Mena qeyd edir ki, müstəqilliyinin əldə olunmasından keçən dövr ərzində Azərbaycan dünya iqtisadiyyatı üçün model ölkəyə çevrilib, sosial sahəyə qoyduğu sərmayələr və apardığı modernləşmə siyasəti ilə dünyanın inkişaf etmiş dövlətləri ilə eyni səviyyəyə qalxıb.

Erməni lobbisinin son zamanlar Kaliforniyada Azərbaycan əleyhinə apardığı fəaliyyətlərə toxunan müəllif Azərbaycan ərazilərinin ermənilər tərəfindən qanunsuz şəkildə işğal olunduğunu, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu diqqətə çatdırır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO