Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də “Statoil” şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Statoil” şirkəti arasında mövcud olan uzunmüddətli tərəfdaşlıq əlaqələrini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Statoil” şirkəti arasında əməkdaşlığımıza dair yeni layihələrin önəmini qeyd etdi.
“Statoil” şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanda neft və qaz sənayesinin inkişafında ölkəmizdə mövcud olan sabitliyin rolunu xüsusi vurğuladı.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Statoil” şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.