İlham Əliyev Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavinini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlığın önəmi qeyd olundu, bp-nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirildi.
Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, ölkələrimizin Avratlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO