Koreyada keçirilən mədəniyyət festivalında Azərbaycan təmsilçiləri də iştirak edib

Koreyada keçirilən mədəniyyət festivalında Azərbaycan təmsilçiləri də iştirak edib Azərbaycanın Koreyadakı səfirliyindən verilən məlumata görə, mərasimdə Azərbaycanı səfirlik və “Buta Azərbaycan-Koreya tələbə təşkilatı” təmsil edib. Azərbaycan üçün ayrılan hissədə milli geyimlər, mətbəx nümunələri, suvenirlər nümayiş etdirilib, Azərbaycana dair informativ materiallar paylanıb.

Tədbir zamanı eləcə də Azərbaycanın tarixi, mədəniyyəti və son illər əldə etdiyi iqtisadi nailiyyətləri haqda tədbir iştirakçılarına məlumat verilib. Geniş auditoriya qarşısında təşkil edilmiş ayrıca musiqi proqramında tələbə Orxan Ləzimov sazda ifa edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO