Kanada və Yeni Zellandiyanın baş nazirləri Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün öz ölkələrində ilk və yeganə qadın ölkə rəhbərləri olan Kanadanın sabiq Baş naziri xanım Kim Kampbel və Yeni Zellandiyanın sabiq Baş naziri xanım Jennifer M. Şipley Azərbaycanda səfərdə olacaqlar.
Qeyd edək ki, xanım Kim Kampbel BMT-nın dünya qadın məsələlərinə məsul olan Mişel Baçiləto əvəzləmək üçün olan əsas namizədlərdəndir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 40-dan çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.
Forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə Şəhər İcra Hakimiyyətidir.