Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Dövlət Xidmətinin rəisi təyin edildi

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri yeni yaradılan Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müvafiq əmrinə əsasən, Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri Rüfət Rüstəmzadə 2014-cü il 12 dekabr tarixindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Prezident İlham Əliyevin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2014-cü il 10 oktyabr tarixli sərəncamına uyğun olaraq yaradılıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO