İtaliya Azərbaycana yeni səfir təyin edib

APA-nın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, İtaliya Xarici İşlər Nazirliyi Campaolo Kutilyo (Giampaolo Cutillo) Azərbaycana səfir təyin olunmasına qərar verib.

C.Kutillyo 1970-ci ildə anadan olub və 1994-ci ildən diplomatiya sahəsində çalışır. Bundan əvvəl o İtaliyanın Venesuelada konsulu, İtaliyanın Pakistandakı səfirliyində kommersiya işləri üzrə müşaviri və İtaliyanın Mumbaidəki baş konsulu vəzifələrində çalışıb.

Qeyd edək ki, C. Kutilyo səfir vəzifəsində Mario Baldini əvəz edəcək. M. Baldi 2009-ci ilin sentyabr ayından etibarən İtaliyanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO