İstanbul-Bakı reysi təxirə salınıb

İstanbul-Bakı reysi təxirə salınıb“Türkiyə Hava Yolları” aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 16-a təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Xatırladaq ki, təyyarə yerli vaxtla saat 08:15-də İstanbuldan uçmalı idi. Müvafiq olaraq Bakıdan olan, yerli vaxtla 14:35-ə təyin edilmiş geri reysi də təxirə salınıb.

Qeyd edək ki, son günlər “Türkiyə Hava Yolları” aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO