İsrailin sabiq baş naziri altı il həbs cəzası alıb

Təl-Əviv dairə məhkəməsi İsrailin sabiq baş naziri Ehud Olmerti altı il müddətinə həbs cəzasına məhkum edib. O, Yerusəlimdə “Xolilend” məşhur yaşayış komleksinin tikintisinə yardıma görə rüşvət almaqda günahlandırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti xəbər yayıb.

O, İsrail tarixində real həbs cəzası alan ilk hökumət başçısı olub. Sabiq baş nazir Ali Məhkəməyə hökmdən şikayət edə bilməsə, zorlamaya görə həbsdə olan sabiq prezident Moşa Katsavadan sonra ən yüksək rütbəli məmur olacaq.

Olmertin 1990-ci illər – 2000-ci illərin əvvəllərində Yerusəlimin meri postundakı fəaliyyəti ilə bağlı olan “Xolilend işi” onun hökumət başçısı postundan istefasına səbəb olub və siyasi karyerasının bərpa etmək imkanından məhrum edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO