İspaniya Azərbaycanla siyasi dialoqu və əməkdaşlığı möhkəmləndirməyə hazırdır

İspaniya Azərbaycanla siyasi dialoqu və əməkdaşlığı möhkəmləndirməyə hazırdır.

“İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo ölkə rəhbərliyinin Azərbaycanla qarşılıqlı maraq doğuran bütün sahələrdə açıq siyasi dialoqu və ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu təsdiqləyib”. Trend-in məlumatına görə, bu barədə İspaniya XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə keçirilən brifinqdə bildirib.

İspaniyalı nazir Azərbaycanın regionda vacib ölkə olduğunu bildirib.

İspaniya Azərbaycanla əməkdaşlığa marağı nəzərə alaraq Bakıda nümayəndəlik açır.

İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması haqqında razılaşma da mövcuddur.

İspaniyalı nazirin sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri, beynəlxalq məsələlər müzakirə olunub.

E.Məmmədyarov bildirib ki, İspaniya ilə Azərbaycan arasında münasibətlər elə də lazımi səviyyədə deyil, amma onların inkişafı üçün perspektivlər var. Onun sözlərinə görə, siyasi münasibətlər yaxşı səviyyədədir, İspaniya Dağlıq Qarabağ məsələsində bizi həmişə dəstəkləyib:

“Həmkarımla görüşdə regional əməkdaşlıq və Ukraynadakı vəziyyəti müzakirə etdik. Azərbaycan habelə İspaniya şirkətlərini Azərbaycanla əməkdaşlığa çağırıb”.

O bildirib ki, İspaniya Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə də maraq göstərir.

E.Məmmədyarovun sözlərinə görə, iki ölkə həmçinin üçüncü ölkələrə – Afrika ölkələrinə birgə yardım göstərməklə bağlı razılığa gəliblər.

Görüşdə tərəflər Azərbaycanla İspaniya arasında ikiqat vergitutmadan yayınmaq haqqında konvensiyanı imzalayıblar. Sənədi iki ölkənin xarici işlər nazirləri imzalayıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO