İran və “altılıq ” arasında danışıqlar dekabrın 17-də Cenevrədə olacaq

İran və “altılıq” (BMT TŞ-nın beş daimi üzvü və Almaniya) danışıqların növbəti raundunu dekabrın 17-də Cenevrədə keçirməyi qərara alıblar. Trend TASS agentliyinə istinadən bu barədə İran danışıqlar komandasına yaxın olan diplomatik mənbə bildirib.

“Gələn həftənin çərşənbə günü Cenevrədə danışıqların növbəti raundunu keçirilməsi barədə qərar qəbul olunub, – mənbə bildirib. İsveçrə nümayəndə heyətinin qəbul etməyə hazırdır”.

Müsahibin sözlərinə görə, İsveçrə ilə yanaşı öz ərazilərini bir sıra ölkələr də təqdim etməyə hazır olublar. Onlar arasında o, Omanı və Qazaxıstanı da göstərib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO