İran Mədəniyyət Mərkəzinin rəhbəri: Bәzi qüvvәlәr İran-Azәrbaycan munasibәtlәrinin sıxlaşmasını istəmirlər

“Bәzi qüvvәlәr İran vә Azәrbaycan arasında munasibәtlәrin sıxlaşmasını istəmirlər. Biz onların ümidlәrini boşa çıxarmalıyıq”. Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi sentyabrın 3-də İranın Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

İ.İbrahimi İran Mədəniyyət Mərkəzinin iki millət və dövlət arasında əlaqələrin yaxşılaşması istiqamətində bütün tәkliflәrә müsbәt baxdığını, həm İranın, həm də Azərbaycanın mәdәniyyәt diplomatiyasına böyük әhәmiyyәt verdiyini deyib: “Məsələn, mәn tәklif etmişәm ki, İran və Azәrbaycan milli orkestrləri hәr iki ölkәdə, hәmçinin üçüncü ölkәdә birgә konsertlər versinlər. Bununla bağlı bu ilin sonuna qәdәr muqavilә bağlanacağına ümid edirəm”.

O, həmçinin yaxın zamanlarda hər iki ölkədə qarşılıqlı olaraq Azərbaycan və İran mәdәniyyәt hәftәlәrinin keçiriləcəyinə ümid etdiyini deyib.

Azәrbaycanın әdәbi və tarixi kitablarının farscaya, İran әsәrlәrinin isə Azәrbaycan dilinә tәrcümә olunmasının әhәmiyyәtindən danışan Mərkəzin rəhbəri iki ölkәnin ziyalıları, yazıçı və şairlәri, universitet müәllimlәri arasında әlaqәlərin genişləndirilməsində maraqlı olduqlarını deyib.

İ.İbrahimi qeyd edib ki, iki ölkənin birgə istehsalı olan “Sәkkizinci sәma” adlı bədii film çәkilib. Filmin artıq İranda göstәrildiyini deyən Mərkəzin rəhbəri onun yaxın zamanlarda Azərbaycanda da nümayiş etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, sentyabrın 17-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) şair Məhəmmədhüseyn Şәhriyara, bir ay sonra isə Tәbrizdә dahi Məhəmməd Füzuliyə həsr olunmuş beynəlxalq konfranslar keçirilәcәk. Bundan əlavə, Azәrbaycanda Sәfәvilәr dövlәtinin Cәnubi Qafqazdakı rolu ilә bağlı müştәrәk konfrans təşkil ediləcək.

İran Mədəniyyət Mərkəzinin rəhbəri bildirib ki, iki ölkə arasında turizm sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi üçün ciddi addımlar atılmalı, iki ölkәnin turizm sahәlәri qarşılıqlı olaraq tanıdılmalıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO