İlk Avropa Oyunları ilə bağlı Bakıda buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi nəzərdə tutulur

Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı paytaxtda buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakıda buraxılış imtahanlarının Oyunlardan əvvəl keçirilməsi nəzərdə tutulsa da, dəqiq tarix hələ müəyyənləşdirilməyib. Hazırda bununla bağlı müzakirələr aparılır: “Biz artıq öz təkliflərimizi Təhsil Nazirliyinə təqdim etmişik. TN də təkliflərini verdikdən sonra vaxt açıqlanacaq. Yanvarın sonunda bütün ölkə üzrə buraxılış imtahanlarının keçirilməsi tarixləri elan olunacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO