İlham Əliyev Tbilisidə Azərbaycanın Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub.

Trend-in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, Gürcüstan Prezidentinin 349 saylı 29 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlığa yardım üzrə bir sıra tədbirlər çərçivəsində Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 4 ünvanında ümumi sahəsi 5722 kvadrat metr olan ərazi Azərbaycan Respublikasının Gürcüstanda Səfirlik kompleksinin tikintisi üçün ayrılıb.

Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas və iş otaqları yerləşir. Heydər Əliyev zalında ulu öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən şəkillər və kitablar toplanıb. Burada Azərbaycan Respublikasının dövlət bayramları və əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər keçirilir.

Səfirliyin inzibati binasının giriş zalında ulu öndər Heydər Əliyevin büstü qoyulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO