İlham Əliyev Afaq Bəşir qızını “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Afaq Bəşir qızı Səfərovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Afaq Bəşir qızı Səfərova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO