İlham Əliyev Əfqanıstan Prezidentini təbrik edib

İlham Əliyev Əfqanıstan Prezidentini təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini Əfqanıstanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

“Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin qorunub saxlanması və daha da möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO