Hafiz Paşayev: Biznes forumların keçirilməsi biznesin təşviqində ən yaxşı vasitədir

Biznes forumların keçirilməsi biznesin təşviqində ən yaxşı vasitədir. Trend-in məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumunda çıxış edərkən deyib.

H.Paşayev ADA Universitetinin Niderlandın Maastrixt Menecment İnstitutu (Maastricht School of Management) ilə əməkdaşlığını xüsusilə qeyd edib.

Onun sözlərinə görə, ən yaxşı əməkdaşlıq dostluqdan yaranır və bu, ADA Universiteti ilə Maastrixt Menecment İnstitutu arasında əməkdaşlığın qurulmasına gətirib çıxarıb. Bu əməkdaşlıq birgə təhsil proqramı şəklində artıq öz bəhrəsini verib. Təkcə ötən il 30-a yaxın azərbaycanlı tələbə bu proqramlardan faydalanıb.

Həmçinin bu proqramın gələn il də davam etdirilməsi haqqında qərar qəbul edilib.

H.Paşayev qeyd edib: “istənilən əməkdaşlıq və artıq mövcud olan, həmçinin tərəfinizdən yaradılacaq əlaqələr biliklər üzərində qurulur. Və hesab edirəm ki, bu biznes forum sizin üçün faydalı olacaq. Şadam ki, bizim universitet də burada öz rolunu oynayıb”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO