Həlak olmuş polislərin dəfn mərasimi keçirilib

Həlak olmuş polislərin dəfn mərasimi keçirilibYaxın dəqiqələrdə Bakıda II Fəxri Xiyabanda dünən Nardaranda terrorçularla baş vermiş qarşıdurma zamanı həlak olmuş polis mayoru Vüqar Nəsibov və İsmayıl Tağıyevin dəfn mərasimi keçiriləcək.

Trend-in dəfn mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, mərhumları son mənzilə yola salmaq üçün çox sayda ictimai xadim, hüquq-mühafizə orqanlarının əməkdaşları, vətəndaş toplaşıb.

Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.

Dəfn mərasimində Baş Prokurorun birinci müavini Rüstəm Usubov, DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev iştirak edir.

Dəfn mərasiminə Daxili işlər naziri Ramil Usubov, , Müdafiə naziri Zakir Həsənov, Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Baş prokuror Zakir Qaralov da qatılıblar.

Qəhrəmancasına həlak olmuş polsilərin dəfn mərasimində Azərbaycan Dövlətinin himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO