Gələn il Azərbaycanda 12 min xarici vətəndaşın işləməsinə rəsmi icazə veriləcək

Gələn il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində əmək fəaliyyətinə icazələrin verilməsi bu kvota çərçivəsində həyata keçiriləcək. Beləliklə, kvotaya görə, 2012-ci ildə ölkə ərazisində 11 970 xaricinin işləməsinə icazə veriləcək. Bunların böyük hissəsi – 5 300 nəfəri tikinti sektoruna aiddir. Xaricilərin sayına görə ikinci sahə mədənçıxarma sənayesidir – gələn il burada 3 500 xarici vətəndaşın işləməsinə icazə veriləcək. Emal sənayesində 650, təhsil sektorunda 450, topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri sahəsində 350 nəfər xarici çalışacaq. Yaşayışın təşkili və ictimai iaşə, eləcə də informasiya və rabitə sektorlarının hər birində 300 əcnəbinin çalışmasına icazə veriləcək.

Maliyyə və sığorta fəaliyyəti, səhiyyə xidmətləri, peşə və elmi texniki fəaliyyət sahələrinin hər birində isə 150 xaricinin işləməsi mümkündür. Qalan sahələrdə isə çalışan xaricilərin sayı isə 100 və daha az olması nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO