General-leytenant Nizam Osmanova Müdafiə Nazirliyində vəzifə verilib

Azərbaycan Silahlı Qüvvələrinin (SQ) Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanova Müdafiə Nazirliyində vəzifə verilib.

Trend xəbər verir ki, Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü il dekabrın sonlarında imzaladığı müvafiq sərəncamlarına əsasən, SQ-nin Ordu Birliyinin komandiri, general-leytenant N.Osmanov vəzifəsindən azad edilərək Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub. Onun yerinə isə general-mayor Hikmət Həsənov təyinat alıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı Trend-ə təsdiqləyiblər.

Qeyd edək ki, general-mayor H.Həsənov bundan əvvəl Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunda qərargah rəisi vəzifəsini icra edib, ondan daha əvvəl isə Bakıda “N” saylı hərbi hissənin komandiri olub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO