Gəzən kitabxana daha 7 bölgədə olacaq


Gəzən kitabxana daha 7 bölgədə olacaq

May ayından etibarən bölgələri səyahətə çıxan gəzən kitabxana artıq 8 rayonda kitabsevərlərlə görüşüb.

Hazırda isə kitabxana paytaxtın Binəqədi rayonu ərazisindədir. Qarşıdakı günlərdə isə gəzən kitabxana daha 7 bölgədə olacaq. Binəqədi sakinlərinın kitaba marağını nəzərə alaraq kitabxana gecə saat 12-yə kimi vətəndaşlara xidmət edir. Gələn həftədən etibarən isə yenidən bölgələrə yola düşəcək. Bu dəfə isə Şamaxı, Şəki, Zaqatala, Mingəçevir, Gəncə kimi şəhərlərdə olacaq. Tələbə Anar Orucovun sözlərinə görə, bu kitabxananın sərfəli məqamı odur ki, burda pul verib almırıq: “Burda şəxsiyyət vəsiqəsini verib istədiyimiz kitabı əldə edə bilirik. Əgər istədiyimiz kitab olmazsa onu internetdən tapıb sürətini çıxardıb bizə təqdim edirlər”. Kitab həvəskarı Jalə Sadıqova isə deyir ki, bu, gənclər üçün də böyük bir dəstəkdir:

“Çünki kitab oxumaq istəyirlər bilirik ki, gənclərin büdcəsi aşağı, zəif olur. Bu baxımdan gənclər tək şəxsiyyət vəsiqəsi ilə təqdim etməklə kitab alıb oxuya bilirlər. Böyük bir imkandır. Böyük bir fürsətdir”. Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılovun sözlərinə görə, ən çox oxunan kitablar dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunan ən son yeni ədəbiyyatlar sayılır: “Xüsusi tərtib olunmuş və xüsusi hazırlanmış kitablardı. Regionlar üzrə fərq dəyişir. Amma məndə olan məlumata görə artıq 6 mindən artıq kitab insanlar tərəfindən oxunulub”.

Kitabxanada bədii ədəbiyyatla yanaşı, müxtəlif ixtisaslara aid kitabları da əldə etmək mümkündür: “Gələn il daha geniş səviyyədə gəzən kitabxana öz fəaliyyətini davam etdirəcək. İnsanların olduqca böyük marağı var. Bəzi regionlarda yaşayan soydaşlarımız öz kitablarını gətirib kitabxanaya hədiyyə edirlər ki, ondan növbəti məqamlarda digər insanlar da bəhrələnsinlər”. Qeyd edək ki, oxucular kitabları əldə etmələ yanaşı sürətini də pulsuz çıxarda bilərlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO