Gənclər təşkilatı internat məzunlarının sosial-psixoloji inteqrasiyasına dəstək verir

Gənclər təşkilatı internat məzunlarının sosial-psixoloji inteqrasiyasına dəstək verir
İnternat məzunları, xüsusən də valideyn himayəsindən məhrum olmuş gənclər internat məktəblərindən məzun olduqdan sonra müstəqil həyata adaptasiya prosesində bir sıra çətinliklərlə üzləşirlər. Bir çox hallarda bu çətinliklər inteqrasiya prosesini mümkünsüz edir və belə gəncəri müxtəlif risk qruplarına salır.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi daim gənclərin belə həssas qrupları ilə iş aparır, hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “NAVİQATOR – internat məzunlarının sosial-psixoloji inteqrasiyasına dəstək” layihəsini icra edir. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılmasıdır. Bu məqsədlə layihə çərçivəsində internat məktəbləri və uşaq evlərindən məzun olacaq yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində işlər aparılır. Layihə çərçəvəsində Bakı və Sumqayıt şəhərlərində yerləşən 5 internat məktəbində təlim kursları təşkil edilmişdir. Təlimlərə ümumilikdə 200 gənc cəlb edilmişdir. Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edir. Eyni zamanda gənclərə milli qanunvericiliyin onlara verdiyi hüquq və vəzifələr barədə də geniş məlumatlar da verilir.
Layihə çərçivəsində internat məktəblərindən məzun olan valideyn himayəsindən məhrum olmuş gənclər üçün buklətlər hazırlanaraq paylanılmışdır. Bukletlərdə belə gənclərə müstəqil həyatda qarşılaşacaqları problemləri aradan qaldırmaq üçün zəruri olan informasiyalar yer almışdır.

MƏTBUAT XİDMƏTİ
12.12.2016

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO