Franspress agentliyi: Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı

Azərbaycanda keçirilən Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. Trend-in məlumatına görə, Franspress agentliyi ötən gecə baş tutan bağlanış mərasimi ilə bağlı bu cür başlıqlı məqalə yazıb.

“Rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi” – deyə agentliyin məqaləsində vurğulanır. İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi oyunların mükəmməl təşkil edildiyini qeyd edib.

Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə istinad edilib. “Bakı Olimpiya oyunları üçün hazırdır. İnfrastuktura və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün imkan verir. Avropa Oyunları hər addımda gözləntilərimizə cavab verdi”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO