Fransa Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün hər şey etməyə hazırdır. Bunu Fransa Prezidenti Fransua Olland Yerevanda Ermənistanın dövlət başçısı Serj Sarkisyanla danışıqların yekunu üzrə bəyan edib. Trend-in məlumatına görə, bu barədə news.am saytı xəbər yayıb.

Fransa Prezidenti xatırladıb ki, bu ərəfələrdə atəşkəs sazişinin imzalanmasının 20 ili tamam olub, amma bu, münaqişənin həlli deyil: “Münaqişə davam edir. O, minlərlə insan həyatına son qoyub. Problemin əsl həllini tapmaq lazımdır. Fransa etimad tədbirlərinin möhkəmləndirilməsi yollarının axtarışı üçün Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazırdır”.

Olland qeyd edib ki, Fransa həmçinin Ermənistana Aİ ilə münasibətləri inkişaf etdirməkdə yardım etməyə hazırdır: “Aİ-nin Ermənistandakı bir sıra layihələrdə iştirakına nail olmaq üçün Ermənistana fərqli yanaşma lazımdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO