Çexiya prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Çexiyanın prezidenti Vatslav Klaus (Vaclav Klaus) gələn həftə Azərbaycana dördgünlük səfərə gələcək. Bu barədə Çexiya prezidentinin saytı xəbər yayıb.

Mayın 16-da başlayacaq səfər çərçivəsində o, azərbaycanlı həmkarı İlham Əliyev, baş nazir Artur Rasizadə və digər şəxslərlə görüşəcək. Səfər zamanı Azərbaycanla-Çexiya arasında bir neçə sənədin imzalanması nəzərdə tutulur.

V. Klaus Bakıdan başqa Azərbaycanın bölgələrinə də səfər edəcək, həmçinin Bakı yaxınlığındakı “Səngəçal” neft terminalında olacaq. Çexiya prezidentinin Bakı Slavyan Universitetinin tələbələri görüşü də nəzərdə tutulur.

Görüşlərdə ölkələr arasında enerji sahəsində əməkdaşlıqla yanaşı digər sektorlarda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO