“Excelsior Hotel Baku ” hotelində tələbələr üçün infotur keçirilib

2014-cü il dekabrın 10-da “Excelsior Hotel Baku” otelində Azərbaycan Turizm İnstitutunun tələbələri üçün infotur keçirilmişdir. İnfoturun gedişində turizm sahəsinin gələcək işçiləri otellə tanış olmuş, otaqlara, konfrans zallarına, biznes mərkəzlərinə, restoranlara, “Aura” sağlamlıq mərkəzinə, idman meydançalarına, yaxınlıqdakı ərazidə yerləşən kortlara və hovuzlara baxmışlar.

AtaHolding-in cümə axşamı yaydığı məlumata görə, infotur zamanı otelin ərzaq və içkilər üzrə meneceri Mehmet Ayan tələbələrlə beşulduzlu otelin idarə edilməsi haqqında məlumatlarla və iş təcrübəsi ilə bölüşmüşdür. Tələbələr böyük maraqla onları mehmanxana biznesi barədə maraqlandıran suallara cavabları dinləmişlər. Mehmet Ayan xüsusi olaraq qeyd etmişdir ki, uğurun zəmini hər şeydən əvvəl, qonaqlara yüksək keyfiyyətli xidmət göstərilməsi, beynəlxalq standartlara uyğun xidmət təqdim edilməsidir. Oteldə yüksək xidmət keyfiyyətinin saxlanması “Excelsior Hotel Baku” otelində beynəlxalq rəsmi nümayəndəliklərin tərkibində yüksək səviyyəli qonaqların müntəzəm gəlməsini nümayiş etdirir.

Marketinqə gəldikdə, məlumat verilmişdir ki, turistlərin rahatlığı üçün oteldə qonaqların rahat avtonəqliyyat vasitəsilə şəhərin mərkəzinə və əksinə çatdırılması imkanı vardır. Bütün bunlarla yanaşı, “Excelsior Hotel Baku” oteli, həmçinin, paytaxt sakinləri üçün toy mərasimləri və uşaq şənlikləri kimi müxtəlif tədbirlər təşkil edir. O cümlədən, “AtaHoldinq” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova bildirmişdir ki, 2014-cü il dekabrın 20-də və 21-də “Excelsior Hotel Baku” otelinin “Afurca” zalında uşaqlar üçün Yeni il şənliyinin bayram edilməsi baş tutacaq. Uşaqlar al-əlvan bəzədilmiş yolkanın ətrafında nağıl qəhrəmanları ilə görüşəcək, Şaxta Babadan Yeni il hədiyyələrini alacaqlar.

Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” – lüks, “Royal”- lüks, 4 “Crown”-lüks, 45 “Heritage”- delüks, 9 “Düke” standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

Aksiya “AtaHoldinq” ASC-nin Korporativ Sosial Məsuliyyəti çərçivəsində təşkil olunmuşdur.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO