Ermənistan: girovluğun qiyməti

Ermənistanda seçkilərə rəsmi olaraq bir həftə qalıb. Buna baxmayaraq, siyasi ehtiraslar durmadan artır. Erməni siyasi və digər elitası 2012-ci ildə Rusiyadan asılılığı müstəqilliyə dəyən ən böyük zərbə kimi qiymətləndirərək Avropa yönümlü siyasət aparmağın zəruriliyini qeyd edirdilər. Lakin bu mövzu ilə bağlı yerli ekspertlər və politoloqlar susmağa üstünlük verdilər.

Maraqlıdır ki, Baş nazir, xarici işlər naziri, hətta Prezident belə, Ermənistanın xristian Avropa ailəsinin bir üzvü olduğunu daima təkrarlayır və ölkənin xarici siyasətinin məhz Avropaya inteqrasiya istiqamətində qurulmasının vacibliyini vurğulayırdılar. Eyni zamanda, ali hakimiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrini Rusiya yönümlü siyasət aparmaqda tənqid edirdilər. Belə bir görüntü yaranırdı ki, ali hakimiyyətin təkidinə baxmayaraq, sanki media və siyasətçilər öz işlərində dönüş yaratmaq istəmirlər, ya da ki, sadəcə olaraq belə bir tapşırıq almayıblar.

Görünür ki, Avropa mövzusu seçkiqabağı bir kampaniya olaraq qərbyönümlü seçicilərin səslərinin qazanılması üçün hakimiyyətə və qərbyönümlü namizədlərə müəyyən siyasi dividend gətirən bir addım idi.

Namizədlərin siyahısı müəyyənləşdirildikdən sonra Rusiyanın köməyi ilə tez bir zamanda KTMT-nin (ÎÄÊÁ) Akademiyası yaradıldı, “KAMAZ”-ın Ermənistanda yığılacağı haqqında bəyanat verildi. Bununla yanaşı, “Regionda təhlükəsizliyi təmin edəcək əlavə elementlər haqqında sənəd” müzakirə olundu.

Bu “əlavə elementlər”in nədən ibarət olduğu haqqında heç bir şərh verilməsə də, söhbətin nədən getdiyini fərz etmək olar. Əsas məqsəd isə Ermənistana kimin sahib, kimin isə kölə olduğunu göstərmək idi.

Bundan əlavə, seçkiyə 18 gün qalmış Yerevanın mərkəzində qərbyönümlü prezidentliyə namizəd Paruyr Hayrikyana qarşı sui-qəsd edildi.

Artıq demək olar ki, Ermənistanda prezident seçkiləri bir turda keçiriləcək və cari Prezident Serj Sarkisyan qələbə qazanacaq. İlkin hesablamalara görə, seçicilərin 49-50 faizi ona səs verə bilərlər, yerdə qalan səslər isə yəqin ki, Raffi Ovannisyan və Qrant Baqratyan arasında bölünəcək.

Bütün bu proseslər belə nəticəyə gəlməyə əsas verir ki, Ermənistan avtoritar cəmiyyətə, avtoritar hakimiyyətə malik, biznes sektorunun hakimiyyətdən güclü surətdə asılılığı nəticəsində biznes və hökumətin də birləşdiyi bir ölkədir və erməni cəmiyyəti hazırki mərhələdə bu avtoritarizmdən can qurtarmağa hazır deyil.

Son 20 il ərzində Ermənistandan mühacirət nəticəsində iqtisadi cəhətdən fəal əhalinin ölkəni tərk etməsi cəmiyyəti xeyli zəiflətdi. Nəticədə, bu gün Ermənistanda rəsmi göstərici olan 3,5 milyon nəfər əhalidən milyon yarımı təqaüdçü, 600 mini evdar qadın və həmin sayda uşaqdır. Bütün bu insanlar isə dövlətdən asılıdırlar və yardım gözləyirlər. Serj Sarkisyanın yenidən seçilməsi isə ənənəvi olaraq hər seçkidən sonra mühacirət dərəcəsinin artmasına gətirir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO