Elmar Məmmədyarov: “Azərbaycan və İran dost olaraq qalacaq”

Bu sözləri İranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

İranda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səkkizinci iclasında iştirak edən nazir iclasda çıxışından əvvəl İranın xarici işlər naziri Əli Əkbər Salehini bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib.

O bildirib ki, iclasda 2 ölkənin arasında mədəni, iqtisadi, siyasi və digər sahələr üzrə əməkdaşlıq müzakirə ediləcək: “İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində müəyyən razılaşmaların imzalanacağına ümid edirəm. Bizim İranla iqtisadi zəmində möhkəm əlaqələrimiz var. Son illər enerji və qaz sahəsində yeni sənədlər imzalanıb. Azərbaycan və İran arasında olan sərhəd keçid məntəqələrinin sayını artırmaq lazımdır və bu məntəqələr gündə 24 saat fəaliyyət göstərməlidir”.

XİN başçısı bildirib ki, Rəşt-Astara dəmir yol xəttinin çəkilişi 2 ölkənin ticarət dövriyyəsinin artmasına güclü təkan verəcək: “Ölkə rəhbərlərimizin səyi nəticəsində dost olaraq qalacağıq. Ölkələrimiz arasında əlaqələr gündən günə inkişaf edəcək”.

Elmar Məmmədyarov həmçinin qarşıdan gələn Novruz bayramı münasibəti ilə İran xalqını və həmkarı Əli Əkbər Salehini təbrik edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO