Elmar Məmmədyarov: “Şərq tərəfdaşlığı ” ölkələrinin ərazi bütövlüyü sabitliyin əsas şərtlərindən biridir

Bakıda keçirilən görüşdə “Şərq tərəfdaşlığı”nın bütün ölkələri qeyd etdilər ki, proqramın üzvü olan ölkələrin hər birinin ərazi bütövlüyü və suverenliyi tərəfdaş ölkələrin ərazisindəki sabitliyin əsas şərtlərindən biridir. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Bakıda Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşündən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib: “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşünün bütün iştirakçıları onu da qeyd etdilər ki, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirilə bilməz. Bu, həll olunmamış münaqişələrdən əziyyət çəkən bütün ölkələrin vahid fikridir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO