Elan

Əziz dostlar,

Nəzərinizə çatdırmaq istərdik ki, 1 iyun – Ümumdünya Uşaqların Müdafiəsi günü münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqları XXI Əsr-Azərbaycan Fondu əvvəllər də olduğu kimi yenidən xeyriyyə tədbiri keçirməyi planlaşdırır.

Bununla əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 iyun 2011-ci il tarixində bir neçə internat müəssisələrinə baş çəkiləcək, uşaqlara müxtəlif bayram sovqatları və hədiyyələrin verilməsi təşkil ediləcəkdir.

Biz ayrı-ayrı şəxsləri, müəssisə və ya təşkilatları bu xeyriyyə aksiyamıza qoşulmağa dəvət edirik.
Aksiyamıza qoşulmaq istəyən şəxslər hər hansı əşyaların (nağıl kitabları, qələm, dəftər, oyuncaqlar, geyim və s.) uşaqlara təqdim olunması üçün bizimlə 25 may tarixinə kimi əlaqə saxlaya bilərlər.

Hədiyyə və töhfələrinizi uşaqlara çatdırmaqla onlara böyük sevinc bəxş etmiş olacaqsınız!
Gəlin bu əziz gündə uşaqları tək qoymayaq və əlimizdən gələn hər hansı bir köməyi onlardan əsirgəməyək.

Bizimlə əlaqə: 012 564-10-38 (Leyla Xuluflu)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO