“Dövlət sərhədi haqqında ” qanunda dəyişikliklər tətbiq edilir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2012-ci il 28 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Dəyişikliklərə əsasən, qanunun 4-cü maddəsinin birinci hissəsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilir:
“5) qanunla müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirir;”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO