Trend Milli.Az -a istinadən xəbər verir ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov şimal regionundan olan vətəndaşları ayrı- ayrılıqda qəbul edib. Onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların təklifləri barəsində birgə fikir mübadiləsi aparılıb. Sakinlər əsasən ibadətgahlar, dini icmaların və məscidlərin qeydiyyatı məsələləri barədə komitə sədri ilə fikirlərini bölüşüblər.
Görüş zamanı 20-yə yaxın şikayət dinləyən komitə sədri Elşad İskəndərov bu məsələlərin tezliklə həll olunacağını qeyd edib. O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin təşkilatçılığını yüksək qiymətləndirib. Görüşün sonunda edilən mürciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.Həmçinin yaxın bir ay ərzində Qubada din xadimlərinin iştirakı ilə regional konfrasın keçirilməsi qərara alınıb.