DİN: Qubada Dağ Yəhudiləri İcmasının rəhbərinə qarşı quldurluq edən 5 maskalı tutulub

Daxili İşlər Nazirliyi (DİN) Qubada Dağ Yəhudiləri İcmasının rəhbəri və bacısına qarşı quldurluq edilməsi ilə rəsmi bağlı məlumat yayıb.

DİN-dən Trend-ə bildiriblər ki, 2014-cü il dekabrın 6-da saat 06 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin “isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər -Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar.

Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO