Diaspor rəhbəri Ukrayna Baş prokuroruna azərbaycanlı iş adamlarının döyülməsi ilə bağlı müraciət edib

Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukraynanın Baş prokuroru Vitali Yaremaya son bir həftədə Odessa vilayətində iki azərbaycanlı iş adamının hücuma məruz qalaraq döyülməsi ilə bağlı müraciət edib.

E.Məmmədovun Trend-ə daxil olan müraciətində deyilir ki, 2015-ci il yanvarın 1 və 2-də Ukraynanın Odessa şəhərində Azərbaycan vətəndaşları Həsənov Şaiq Zakir oğlu və Ram Atakişiyev hücuma məruz qalaraq amansızcasına döyülüblər: “Azərbaycan ictimaiyyəti baş vermiş hadisəyə görə narahatdır. Vətəndaşlarımızın həyat və sağlamlıqlarına səbəbsiz yerə qəsdlə bağlı hadisələr qeyri-təsadüfi hal almağa başlayıb. Hər iki iş adamı vətəndaşımız həyat yoldaşları və uşaqlarının gözü qarşısında döyülüblər”.

Qeyd olunur ki, Odessa Daxili İşlər Nazirliyinin şöbələrinə edilən müraciətlər cavabsız qalıb və heç bir reaksiya verilməyib: “Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, xalqlarımızın dostluğunun çoxəsrlik tarixi var və heç bir qüvvə buna mane ola bilməz. Əminik ki, dövlət hakimiyyəti qarışıqlığa, Ukrayna və dost Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasına yol verməyəcək”.

E.Məmmədov V.Yaremadan günahkarların cəzalandırılmasını xahiş edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO