Deputatlarımız İsrailə gedir

Deputatlarımız İsrailə gedirMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramov fevralın 9-dan 12-dək İsraildə səfərdə olacaqlar.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər araşdırılacaq, Azərbaycan və İsrail parlamentlərinin beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaqdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO